Azərbaycan Güləş Federasiyasının fəxri prezidenti Abbas Abbasov FİLA-nın Konqresində çıxış edəcək
04.08.2008 - 17:05
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycan Güləş Federasiyasının (AGF) fəxri prezidenti, baş nazirin sabiq I müavini Abbas Abbasov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına qatılacaq. Bu haqda “APA-Sport” agentliyinə Abbas Abbasovun oğlu, AGF-nin vitse-prezidenti, millət vəkili Aydın Abbasov məlumat verib. Onun sözlərinə görə, avqustun 7-dən Çinin paytaxtında olacaq AGF-nin fəxri prezidenti Pekin Olimpiadasında pəhləvanlarımızın çıxışlarını sonadək izləyəcək. Millət vəkili Abbas Abbasovun fəxri üzvü olduğu Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) avqustun 10-da keçiriləcək Konqresinə də qatılacağını açıqlayıb: “Abbas müəllimin FİLA Konqresində çıxışı da nəzərdə tutulub. O, çıxışını güləşin gələcək inkişaf yolları üzərində quracaq, gənc pəhləvanlara məsləhətlərini verəcək”. AGF prezidenti, vergilər naziri Fazil Məmmədov isə avqustun 6-da Pekinə yollanacaq. O, avqustun 12-dən 21-dək döşək üzərinə çıxacaq sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımıza dəstək verəcək.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışına start verilir
- Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
0
0