Azərbaycan şahmatçısı dünya çempionatında liderdir
05.08.2008 - 11:39
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qazinatep şəhərində 20 yaşadək gənclər arasında şahmat üzrə növbəti dünya çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, oğlanların birinciliyində ardıcıl üç oyunda qalib gələn Eltac Səfərli liderliyə yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionu olan həmyerlimiz bu gün IV tur çərçivəsində Amin Bassem (Misir) ilə qarşılaşacaq. Milli komandanın tərkibində Avropa çempionatının bürünc medalını qazanan Rauf Məmmədov və Orxan Abdulov 2, Vasif Durarbəyli ilə Bəhruz Rzayev hərəyə 1 xal toplayıblar. Qızların yarışında üç şahmatçının hesabında 3 xal var ki, onların da ən yaxın izləyicisi Xəyalə İsgəndərovadır (2,5 xal). III turdan sonra Türkan Məmmədyarova 2, Nərmin Kazımova 1,5 xala malikdir. Avqustun 15-də başa çatacaq dünya çempionatının mükafatçıları 13 turun yekununa əsasən müəyyənləşəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0