Azərbaycan yığması Avropa çempionatında 17-ci yer uğrunda mübarizə aparacaq
06.08.2008 - 09:58
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət milli komandası Rumıniyanın Tarqu Mures şəhərində təşkil olunan Avropa çempionatının B divizionunda uğursuz çıxışını davam etdirir. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın B qrupunda yer alan yığmamız ardıcıl dördüncü oyunda məğlubiyyətlə barışıb. Oqtay Ağayevin başçılıq etdiyi komandamız Almaniya (38:124), İsveç (44:100) və İrlandiyanın (51:80) ardından Çexiyaya da uduzub – 69:104. Bu nəticə ilə qrupda sonuncu yeri tutan komandamız 17-ci pillə uğrunda mübarizə aparmalı olacaq. Yığmamız bu mərhələdə digər qruplarda sonuncu olan Finlandiya və İsveçrə ilə qarşılaşacaq.
Qeyd edək ki, B divizionunda 4 qrupa səpələnməklə 19 komanda mübarizə aparır. Reqlamentə əsasən, yarışı ilk iki pillədə başa vuran yığmalar Avropa çempionatının nüfuzlu A divizionunda oynamaq hüququ qazanacaq.
Qeyd edək ki, B divizionunda 4 qrupa səpələnməklə 19 komanda mübarizə aparır. Reqlamentə əsasən, yarışı ilk iki pillədə başa vuran yığmalar Avropa çempionatının nüfuzlu A divizionunda oynamaq hüququ qazanacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0