Pekində ilk qızıl qazanan idmançımıza “KİA-Rio” avtomobili hədiyyə veriləcək
08.08.2008 - 09:44
Bakı – APA-Sport. Cənubi Koreyanın məşhur “KİA-Motors” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Kia Motors Az” MMC Pekin Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarını daha da ruhlandırmaq məqsədilə son model avtomobillərdən birini ayırıb. “Kia Motors Az” MMC-dən “APA-SPORT” agentliyinə verilən məlumata görə, şirkət Azərbaycanın Pekin Olimpiadasında qızıl medal qazanacaq ilk idmançısına “KİA-Rio” avtomobili hədiyyə edəcək.
Xatırladaq ki, “KİA-Motors Azərbaycan” ölkəmizin idman həyatında yaxından iştirak edir. Son bir ildə şirkət Azərbaycanda bir neçə nüfuzlu idman yarışlarının keçirilməsinə maddi və mənəvi kömək göstərib.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0