Pekin Olimpiadasının ilk qızıl medalını çexiyalı güllə atıcısı Katerina Emmons qazanıb
09.08.2008 - 10:57
“APA-Sport”un məlumatına görə, pnevmatik tapançadan 10 metrlik məsafədəki hədəfə atəş açma üzrə qadınların mübarizəsinə qatılan 25 yaşlı K. Emmons təsnifat mərhələsində 400 mümkün xalın hamısını yığaraq finala çıxıb. Final mərhələsində isə daha 103,5 xal toplayan çexiyalı atıcı yekun nəticədə 503,5 xalla I yer tutub. Karyerasında ilk dəfə Olimpiya çempionu adını qazanan K. Emmons həm də 2004-cü il Afina Olimpiadasında Du Linin (Çin) müəyyənləşdirdiyi 502 xallıq rekordu təzələyib. Lyubov Qalkina (Rusiya) 502,1 xalla gümüş, Snejana Peyçiç (Xorvatiya) isə 500,9 xalla bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Afina Olimpiadasında bürünc medal qazanmış K. Emmons 2002-ci ildə dünya, 2007-ci ildə isə Avropa çempionu olub. Bu il isə çexiyalı atıcı məhz Pekində keçirilmiş Dünya Kubokunun qızıl medalına yiyələnib.
Qeyd edək ki, Afina Olimpiadasında bürünc medal qazanmış K. Emmons 2002-ci ildə dünya, 2007-ci ildə isə Avropa çempionu olub. Bu il isə çexiyalı atıcı məhz Pekində keçirilmiş Dünya Kubokunun qızıl medalına yiyələnib.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0