Eltac Səfərli və Türkan Məmmədyarova dünya çempionatında liderlərə yaxınlaşıblar
09.08.2008 - 11:02
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qaziantep şəhərində təşkil olunan 20 yaşadək şahmatçılar arasında dünya çempionatı davam edir. “APA-Sport”un məlumatına görə, oğlanların birinciliyində növbəti qələbəsini qazanan Eltac Səfərli (5,5 xal) liderlər qrupunda qərarlaşan rəqiblərinə yaxınlaşıb. Ən yaxşı göstəriciyə malik həmyerlimizin növbəti rəqibi Erik Braun (Almaniya) olacaq. Digər təmsilçilərimizdən Rauf Məmmədov 4,5, Bəhruz Rzayev 4, Vasif Durarbəyli ilə Orxan Abdulov hərəyə 3 xal toplayıb. Qızların yarışında Türkan Məmmədyarova (5 xal) ən yaxşı göstəriciyə malik şahmatçımızdır. Milli komandamızın üzvünü liderlər qrupunda yer alan idmançılardan cəmi 1 xal ayırır. Nərmin Kazımova 4, Xəyalə İsgəndərova 3,5 xal toplayıb. Avqustun 15-də başa çatacaq dünya çempionatının mükafatçıları 13 turun yekununa əsasən müəyyənləşəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0