Azərbaycan güləşçiləri Şalva Qadabadze və Anton Botevin Pekin Olimpiadasında rəqibləri müəyyənləşib
13.08.2008 - 13:28
Pekin. Elşən Məmmədov – APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunları çərçivəsində yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq. “APA-Sport” agentliyinin məlumatına görə, son gündə döşək üzərinə ağır çəki dərəcəsində yer alan pəhləvanlar çıxacaqlar. Azərbaycan idmançıları Şalva Qadabadze (84 kq) ilə Anton Botevin (120 kq) rəqibləri artıq məlumdur. Ş.Qadabadze mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Gürcüstan əsilli pəhləvanımızın rəqibi Haykel Açurri (Tunis) olacaq. Yığmamızın rusiyalı legioneri A.Botev isə 1/16 finalda özbəkistanlı David Saldadze (Özbəkistan) ilə güləşəcək.
Qeyd edək ki, Pekin Olimpiadasına yollanan 6 “klassik” güləşçimizdən 4-ü artıq çıxışını başa vurub. Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) gümüş medal qazandıqları halda, Fərid Mansurovla (66 kq) İlqar Abdulov (74 kq) mübarizəni erkən dayandırıb.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0