Qran-Pri turnirində ikinci yeri tutan Teymur Rəcəbov 22500 avro qazanıb
15.08.2008 - 10:30
21 yaşlı beynəlxalq qrossmeysterimiz bu uğurun qarşılığında 22500 avro mükafat qazanıb. Van Yue (Çin) ilə Qata Kamski (ABŞ) 7,5 xalla 3-4-cü pilləni bölüşdürüblər. Axırıncı oyunda gözlənilmədən rusiyalı Pyotr Svidlerə uduzan Vüqar Həşimov (6,5 xal) isə Vasili İvançukla 8-9-cu sıraya sahib çıxıb. V.Həşimovun ümumi mükafat fondundan qazancı 8000 avro təşkil edib.
Qeyd edək ki, apreldə Bakıda təşkil olunan Qran-Pri turnirinin ilk mərhələsində V.Həşimov, V.Yue və Maqnus Karlsen (Norveç) 1-3-cü yerləri bölüşdürmüşdü. T.Rəcəbov 8-11-ci, ikinci mərhələyə qatılmayan Şəhriyar Məmmədyarov isə 4-5-ci pillələrdə qalmışdı.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0