Azərbaycanın qadın güləşçilərinin olimpiadadakı rəqibləri müəyyənləşib
15.08.2008 - 13:27
Pekin. Elşən Məmmədov - APA-Sport. Pekin Olimpiadasında sabah qadın güləşçilərin yarışı başlanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, iki gün davam edəcək mübarizənin ilk günündə 48 kq və 55 kq çəki dərəcələrində yer alan pəhləvanlar döşək üzərinə çıxacaqlar. Hər iki çəkidə Azərbaycan güləşçiləri də qüvvələrini sınayacaqlar. Avropa çempionu Mariya Stadnik (48 kq) 1/8 finalda kanadalı Kerol Huinlə üz-üzə gələcək. Püşkə əsasən, yığmamızın ukraynalı legioneri ötən il Bakıda keçirilmiş dünya çempionatında uduzduğu və sonda qızıl medal qazanan Çiharo İço (Yaponiya), 2004-cü il Afina Olimpiadasının qalibi İrina Merleni (Ukrayna), Zamirə Rəhmanova (Rusiya), builki Avropa çempionatının finalında üstələdiyi Vanessa Bubriemm (Fransa) kimi güclü rəqiblərlə yalnız həlledici görüşdə qarşılaşa bilər. Digər təmsilçimiz Yelena Komarovanın (55 kq) isə püşkdə bəxti gətirməyib. O, 1/8 finalda dünya çempionatının bürünc mükafatçısı rusiyalı Natalya Qoltsla güləşəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0