Ukrayna güləşçisi: “Fərid Mansurovu adı böyük hərflərlə yazılan usta pəhləvan kimi xatırlayırdım”
15.08.2008 - 16:06
Pekin. Elşən Məmmədov - APA-Sport. “Pekin Olimpiadasında əsas rəqibim qismində Fərid Mansurovu görürdüm. Çünki onun adını böyük hərflərlə yazılan usta pəhləvan kimi xatırlayırdım”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Ukraynanın yunan-Roma güləşçisi Armen Vardanyan deyib. 66 kq çəki dərəcəsində yarışan 25 yaşlı erməni əsilli pəhləvan Pekin Olimpiadasında ilk mərhələdə qalib gəldiyi azərbaycanlı olimpiya və dünya çempionu Fərid Mansurovla görüşə xüsusi kökləndiyini bildirib: “Mansurovla qarşılaşmaya həyatımın son döyüşü kimi köklənmişdim. Elə bunun nəticəsidir ki, mən qələbə qazandım”. A.Vardanyan vurğulayıb ki, F.Mansurovu məğlub etdikdən sonra arxayınlıq ucbatından növbəti mərhələdə məğlubiyyətə düçar olub. Ardından təsəlliverici görüşlərə qatılan A.Vardanyan olimpiadada üçüncü yeri tutub.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0