Pekin Olimpiadasında ilk dopinq qalmaqalı baş verib
15.08.2008 - 16:10
Bakı. Kənan Həsənov - APA-Sport. XXIX Pekin Yay Olimpiya Oyunlarında ilk dopinq qalmaqalı baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikasının güllə atıcısı Kim Yonq-Sunun qanında istifadəsi qadağan olunmuş dərman preparatı aşkarlanıb. Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Gizell Devis idmançının propranolol maddəsi qəbul etdiyini bildirib. Bu səbəbdən K.Y.Sunun 50 və 10 metrlik məsafələrdə yerləşən hədəflərə atəş açmada qazandığı gümüş və bürünc medallar əlindən alınıb. Mükafatlar koreyalı idmançıdan sonrakı yerləri tutan atıcılara verilib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0