Azərbaycan şahmatçısı Eltac Səfərli dünya çempionatının bürünc mükafatına layiq görülüb
16.08.2008 - 11:51
Bakı. Kənan Həsənov - APA-Sport. 20 yaşadək şahmatçılar arasında Türkiyənin Qaziantep şəhərində keçirilən dünya çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa qatılan Azərbaycan idmançılarından ən yaxşı nəticəni Eltac Səfərli göstərib. O, 13 mümkün xaldan 9-nu toplayaraq, 3-7-cü yerləri bölüşdürüb. Həmvətənimizə dünya çempionatının bürünc medalı təqdim olunub. Hərəyə 8 xal yığan Rauf Məmmədov və Vasif Durarbəyli 15-19-cu sıralarda qərarlaşıblar. Orxan Abdulovla Bəhruz Rzayev isə (hər ikisi 6,5 xal) daha 16 şahmatçı ilə birgə 51-68-ci pillələri bölüşdürüblər. Qızlarımız medal qazanmağa yaxın olsalar da, bunu bacarmayıblar. Nərmin Kazımova və Türkan Məmmədyarova hərəyə 8,5 xalla 6-10-cu sıralarda qalıblar. Xəyalə İsgəndərova isə 6,5 xalla 4-cü “onluq”da yer alıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0