“Lion”un yeni baş məşqçisi müəyyənləşdi
10.11.2026 - 16:53
“Lion”un yeni baş məşqçisi müəyyənləşdi

Fransanın “Lion” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi Karlos Visenslə razılıq əldə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı ispaniyalı mütəxəssis bu postda Paulo Fonsekanı əvəzləyib.

Visensin son iş yeri Portuqaliyanın “Braqa” klubu olub.

Qeyd edək ki, “Lion” Fransa Liqa 1-də 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.