Olimpiadada Azərbaycanı təmsil edən yeganə çaparımız Camal Rəhimov xəstəxanaya yerləşdirilib
18.08.2008 - 14:21
Honqkonq. Elşən Məmmədov-APA-Sport. XXIX Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın yeganə çaparı Camal Rəhimov xəstəxanaya yerləşdirilib. «APA-Sport» agentliyinin məlumatına görə, Honqkonq şəhərində keçirilən atçılıq yarışlarında ikinci təsnifat mərhələsi zamanı sondan əvvəlki maneəni dəf edərkən, C. Rəhimovun “İoneska de Brekka” ləqəbli atı büdrəyib. Nəticədə 21 yaşlı çaparımız yerə yıxılıb. İdmançımız əlini yaralasa da, səhhəti normal qiymətləndirilir. Bununla belə, ölkəmizin atçılıq idmanı növündəki təmsilçisi mübarizəni dayandırıb. Qeyd edək ki, “İonesko de Brekka” Pekin Olimpiadası öncəsi 1 milyon 970 min avroya Fransadan alınıb. Qeyd edək ki, Camal Rəhimov Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovun nəvəsidir.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0