Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb
18.08.2008 - 15:57
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Mersin şəhərində 16 yaşadək şahmatçıların Ümumdünya Olimpiadası start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası bu nüfuzlu yarışa qələbə ilə başlayıb. Eltac Səfərli, Vasif Durarbəyli, Ayaz Məmmədov və Orxan Talışzadədən ibarət yığmamız ilk oyunda yerli komandanı 3:1 hesabı ilə məğlub edib. Komandamız bu gün II tur çərçivəsində Şri Lanka ilə qarşılaşacaq.
Qeyd edək ki, 10 turdan ibarət olan və avqustun 24-də başa çatacaq olimpiadaya 26 komanda qatılıb.
Qeyd edək ki, 10 turdan ibarət olan və avqustun 24-də başa çatacaq olimpiadaya 26 komanda qatılıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0