Pekin Olimpiadasında medal qazanmış Azərbaycan güləşçisinə Ukraynada ev veriləcək
20.08.2008 - 11:48
«APA-Sport» agentliyinin məlumatına görə, Pesoçnı kəndinin icra hakimiyyətinin başçısı Andrey Kos kənd deputatlarının növbəti yığıncağında millimizin heyətində 48 kq çəkidə uğurla çıxış etmiş 19 yaşlı M. Stadnikə fəxri sakin adının verilməsi haqda məsələ qaldıracağını söyləyib. Bundan başqa, ona mənzil verilməsi də nəzərdə tutulub. Hazırda Pesoçnıda yeni yaşayış məhəlləsinin planı üzərində iş getdiyini deyən A.Kos M. Stadnikə də mənzil veriləcəyini qeyd edib.
Qeyd edək ki, yığmamızın ukraynalı legioneri Pekin Olimpiadasında ölkəmizə bürünc medal qazandıran yeganə qadın güləşçisi olub. M. Stadnik bu il həm gənclər, həm də böyüklər arasında Avropa çempionu tituluna da yiyələnib.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0