Azərbaycan yığması reytinq cədvəlində 3 pillə geriləyib
26.08.2008 - 17:51
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası XXIX Yay Olimpiya Oyunlarının yekununa əsasən qadın sablyaçıların yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Pekində çıxış etməyən Azərbaycan idmançılarının mövqeyində ciddi dəyişiklik qeydə alınmayıb. Təmsilçilərimiz arasında ən yüksək göstərici Səbinə Əmrahzadəyə məxsusdur. Dörd pillə irəliləyən sablyaçımız 32 xalla 60-cı sırada qərarlaşıb. Yığmamızın rusiyalı legioneri Janna Muradqızı (24 xal) isə 9 pillə geriləyərək 78-ci olub. Digər sablyaçılarımızdan Sevil Bünyatova (6 xal) 170-ci sıradakı mövqeyini qoruyub. Hesabında xal olmayan Aidə Ələsgərova 318-ci yeri tutub. Milli komandamız isə 40 xal itirməklə 3 pillə geriləyib. Yeni reytinq cədvəlində 91 xala malik yığmamız 33 kollektiv arasında 17-ci olub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0