ABŞ-ın tennis üzrə açıq çempionatında 1/4 finalçılar müəyyənləşib
02.09.2008 - 15:28
Bakı. Kənan Həsənov - APA-Sport. Nyu-York şəhərində “Böyük Dəbilqə” seriyasından olan ABŞ-ın tennis üzrə açıq çempionatı həlledici mərhələyə qədəm qoyub. “APA-Sport” agentliyinin məlumatına görə, qadınların turnirində artıq 1/4 finala yüksələn idmançılar müəyyənləşib. Bu mərhələnin ən maraqlı oyunu ABŞ təmsilçiləri Serena və Vinus Uilyams bacıları arasında baş tutacaq. 1/4 final çərçivəsində həmçinin Pennetta Flaviya (İtaliya) - Dinara Safina (Rusiya), Sibil Bammer (Avstriya) - Yelena Yankoviç (Serbiya) və Yelena Dementyeva (Rusiya) - Patti Şnider (Almaniya) görüşləri keçiriləcək. Sentyabrın 7-dək davam edəcək çempionatın mükafat fondu 20,7 milyon ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, kişilər arasında təşkil olunan analoji birinciliyin 1/4 finalçıları bu gün məlum olacaq.
Qeyd edək ki, kişilər arasında təşkil olunan analoji birinciliyin 1/4 finalçıları bu gün məlum olacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0