Teymur Rəcəbov Topalovla bacarmadi
03.09.2008 - 12:07
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın Bilbao şəhərində keçirilən “Böyük dəbilqə” superturnirinə xal itkisi ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, reytinqdə 5-ci olan təmsilçimiz ilk oyunda ağ fiqurlarla Veselin Topalovun (Bolqarıstan) müqavimətini qıra bilməyib. Tərəflər 49-cu gedişdə heç-heçəyə razılaşıblar. Hazırkı dünya çempionu Vişvanatan Anandla (Hindistan) Vasili İvançukun (Ukrayna) duelində də qalib müəyyənləşməyib. Nəticədə şahmatçılar hesabat turunu 1 xalla başa vurublar. Yalnız Maqnus Karlsen (Norveç) Levon Aronyanı (Ermənistan) məğlub etməklə hesabına 3 xal yazdırıb.
Bu gün II turun oyunları keçiriləcək: V. İvançuk - M. Karlsen, V. Topalov - L. Aronyan, V. Anand - T. Rəcəbov.
Sentyabrın 13-də başa çatacaq “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.
Bu gün II turun oyunları keçiriləcək: V. İvançuk - M. Karlsen, V. Topalov - L. Aronyan, V. Anand - T. Rəcəbov.
Sentyabrın 13-də başa çatacaq “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0