Yanğın üç idmançının və baş məşqçinin həyatına son qoydu
04.09.2008 - 11:35
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın idman akrobatikası üzrə milli komandasında faciə baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmanın üç üzvü və baş məşqçisi Moskvadakı təlim-məşq bazasında baş verən yanğın nəticəsində həlak olublar. 18 yaşlı Anna Maryina, 16 yaşlı Olqa Qofman, 14 yaşlı Anastasiya Qoloviznina və məşqçiləri 33 yaşlı Svetlana Kuş oktyabrda Şotlandiyada keçiriləcək dünya çempionatına hazırlaşırdı.
Qeyd edək ki, Rusiya akrobatları sonuncu Avropa çempionatında birinci yeri tutmuşdular.
Qeyd edək ki, Rusiya akrobatları sonuncu Avropa çempionatında birinci yeri tutmuşdular.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0