Olimpiya çempionu polisə keçir
12.09.2008 - 16:08
Bakı. Mehman Süleymanov - APA-Sport. Milli Basketbol Assosiasiyasının (MBA) super ulduzu Şakil O’Nil karyerasını başa vuracağı vaxtı açıqlayıb. “APA-Sport”un məlumatına görə, idmandan 735 gündən sonra gedəcək basketbolçunun həmin vaxt, yəni 2010-cu ildə klubu “Mayami” ilə müqaviləsinin müddəti başa çatacaq: “Basketbol karyeram 735 gündən sonra başa çatacaq. Ziyalı adamam və həmişə özümə yeni iş taparam. Gücümü polis sahəsində sınamaq istəyirəm”.
Polis xidmətinə daxil olmaq üçün bir neçə ay xüsusi hazırlıq keçəcək 36 yaşlı basketbolçu şerif olmaq arzusundadır.
Qeyd edək ki, dördqat MBA çempionu olan Şakil ABŞ yığmasının heyətində 1994-cü ildə dünya birinciliyinin, bundan iki il sonra Atlanta Olimpiadasının qalibi olub.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0