Döyüşə cavanlar gedir
18.09.2008 - 15:14
Bakı. Aqşin Əliyev - APA-Sport. Oktyabrın 11-12-də Bakıda keçiriləcək cüdo üzrə Dünya Kubokunda Azərbaycan yığması ikinci heyətlə çıxış edəcək. Bu haqda “APA-Sport”a milli komandanın baş məşqçisi Ağayar Axundzadə məlumat verib. 51 yaşlı çalışdırıcı bildirib ki, əsas heyət üzvlərinin əksəriyyəti müxtəlif səbəblərdən Dünya Kubokuna qatılmayacaqlar. Onları gənc cüdoçular əvəzləyəcəklər.
Axundzadə Pekin Yay Olimpiya Oyunlarına aparılmış 6 idmançıdan cəmi 2-sinin doğma publika önünə çıxacağını deyib: “Pekin Olimpiadasında iştirak etmiş cüdoçulardan Elxan Məmmədovla Kifayət Qasımova Dünya Kubokunda güləşəcək. Qarşıdakı yarışda əsas yığmamızın digər üzvlərini çıxış etməyəcəklər. Xüsusilə, olimpiya çempionu Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyevin Dünya Kubokunda iştirakına lüzum görmürəm”.
Baş məşqçi vurğulayıb ki, olimpiadaya yollanmış Ramil Qasımov burun nahiyəsindən cərrahiyyə əməliyyatı keçirib. Milli komandanın veteranlarından biri Mehman Əzizov isə hələ də istirahət edir.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0