Azərbaycan güləşçiləri ruslardan qorxurlar
24.09.2008 - 17:04
Bakı - APA-Sport. “Pekin Olimpiadasında Azərbaycanın əksər güləşçilərinin qarşısını Rusiya pəhləvanları kəsdilər. Rusların adı gələndə bizim pəhləvanlarımız onlara məsuliyyətlə yanaşsalar da, qorxu hissi keçirirlər”. “APA-Sport”un məlumatına görə, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov deyib.
Onun sözlərinə görə, bu mənfi xüsusiyyət XXIX Pekin Yay Olimpiya Oyunlarında sərbəst və yunan-Roma güləşçilərimizin timsalında özünü daha qabarıq şəkildə büruzə verib: “Rusiyanın çox güclü, səviyyəli güləşçiləri var. Lakin pəhləvanlarımız da onlardan zəif deyillər. Bizimkilər ruslara qarşı mübarizədən çəkinirlər. Onlara, sadəcə, psixoloji cəhətdən uduzurlar”.
GİN rəsmisi bildirib ki, psixoloji səddi adlamaqla, bu vəziyyətdən çıxmaq mümkündür: “Yunan-roma güləşçilərimiz Rövşən Bayramovla Vitali Rəhimov finalda, sərbəst güləşçimiz Xetaq Qazyumov isə yarımfinalda məhz Rusiya təmsilçilərinə yenildilər. Digər nümunələr də göstərmək olar. Həqiqətən də qeyd olunan sahədə çətinliklər var və biz rusiyalı pəhləvanlara qarşı psixoloji səddi aşmalıyıq”.
lent.az

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0