Hakimlərimizə qitə miqyaslı oyunlar tapşırıldı
03.10.2008 - 16:25
Bak. Kənan Həsənov - APA-Sport. Avropa Həndbol Federasiyasının (EHF) təyinatına əsasən Azərbaycan hakimləri qitə miqyaslı turnirlərin oyunlarını idarə edəcəklər. “APA-Sport”un məlumatına görə, Vaqif Əliyevlə Ələkbər Ağakişiyev sabah və oktyabrın 5-də Rusiyada qadınlar arasında EHF kubokunun ikinci mərhələsi çərçivəsində yerli “Rostov-Don”la Ukraynanın “Qaliçanka” klubunun oyunlarında ədaləti qoruyacaqlar. Maraqlıdır ki, daxili birincilikdə ikinci yeri tutan qonaq komandaya yığmamızın baş məşqçisi Georgi Voronov rəhbərlik edir.
Kişilər arasında analoji yarışın Belarusda keçiriləcək OİK - “Meşkov” görüşünə Emil və Ernest Ağakişi qardaşları təyinat alıblar. Yerli kollektivlərin oyunu oktyabrın 11-də baş tutacaq.
Digər beynəlxalq dərəcəli referimiz İsgəndər Əsgərov isə ukraynalı həmkarı Sergey Şalla Yunanıstanda meydana çıxacaq. Bu cütlük oktyabrın 18-də və 19-da kişilər arasında kuboklar kubokunun “Panellinios” – “Kaustik” (Rusiya) matçını idarə edəcəklər.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0