Akrobatlarımız uğursuzluğa düçar oldular
06.10.2008 - 12:15
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın akrobatları Şotlandiyanın Qlazqo şəhərində keçirilən Yeniyetmələrin Ümumdünya Oyunlarında uğursuz çıxış ediblər. “APA-Sport”un məlumatına görə, Elçin Məmmədov - Emil Yarəhmədov cütlüyü yarışı 6-cı pillədə başa vurub. Təmsilçilərimiz yekun sıralamada ermənistanlı və portuqaliyalı rəqiblərini qabaqlayıblar.
Oktyabrın 10-da isə Qlazqoda dünya çempionatı start götürəcək. Bu nüfuzlu yarışda ölkəmizin şərəfini Ayla Əhmədova - Dilarə Sultanova cütlüyü və Rüstəm Nəcəfquliyev - Elnur Məmmədov - İlham Abbasov - Fərid Məmmədov kvarteti qoruyacaq.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0