Şəhriyar Məmmədyarovu dünya çempionatına çağırdılar
09.10.2008 - 16:17
Bakı. Kənan Həsənov - APA-Sport. Noyabrın 7-də Qazaxıstanın Almatı şəhərində start götürəcək blits üzrə dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək. “APA-Sport”un məlumatına görə, Teymur Rəcəbovdan sonra bu nüfuzlu yarışa yığmamızın digər üzvü Şəhriyar Məmmədyarov da dəvət alıb.
Bununla da, yarışda mübarizə aparacaq qrossmeysterlərin sayı 15-ə çatıb. İndiyədək yarışa Aleksandr Morozeviç, Sergey Rublyovski, Pyotr Svidler, Aleksandr Qrişuk (hamısı Rusiya), Vasili İvançuk (Ukrayna), Boris Qelfand (İsrail), Yudit Polqar (Macarıstan), Vladislav Tkaçyov (Fransa), Leyner Dominqes (Kuba), Rafael Vahanyan (Ermənistan), Murtaz Kajqaleyev (Qazaxıstan), Qata Kamski (ABŞ) və Krişnan Şaşikiranın (Hindistan) da qatılacağı dəqiqləşmişdi. Təşkilatçılar sonuncu iştirakçının adını hələ müəyyənləşdirməyib.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0