Azərbaycan yığması Lənkəran toplanışına başladı
10.07.2011 - 16:44
Boks üzrə Azərbaycan milli komandası dünya çempionatının hazırlıqlarına start verib. Apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Türkiyədə təşkil edilən Avropa çempionatından sonra istirahət edən yığmamız məşqləri bərpa edib. Lənkəranda təlim-məşq toplanışına başlayan idmançılarımız “Qafqaz Sahil” otelində məskunlaşıb. Yığmanın hər çəkidəki 1 nömrəlilərinin qatıldığı toplanışda idmançılarımız gündə 2 dəfə məşq edir, dəniz kənarında kross qaçırlar. Bərpa xarakterli hazırlıqlar iyulun 15-də yekunlaşacaq. Bundan sonra Bakıda məşq edəcək yığmamız Bakıda təşkil olunacaq mundiala hazırlıq məqsədilə İtaliyada da təlim-məşq toplanışı keçəcək.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0