Boksçularımız “Qubernator kuboku”nda uğursuz start götürdü
14.07.2011 - 14:38
Rusiyanın Sankt-Peterburq şəhərində boks üzrə “Qubernator kuboku” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamızın “ikinci nömrələri” mübarizə aparır. Amma yarış boksçularımız üçün yaxşı başlamayıb. Belə ki, 60 kq çəki dərəcəsində yarışan İmil İksanov Sankt-Peterburq nümayəndəsi Madadi Naqzibekova 7:9 hesabı ilə uduzub.
Yolçu Zeynalovun da debütü uğursuz olub. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçu Rusiya milli komandasının üzvü Qamzat Qazəliyevə uduzub – 1:8. İlkin Ağayev (56 kq) ilk döyüşdə Sankt-Peterburq boksçusu İlyas Kayumova 4:14 hesabı ilə məğlub olaraq, yarışdan kənarda qalıb.
Emil Əhmədov da məşqçilərin ümidlərini doğrultmayıb. O, Rusiya yığmasının boksçusu Suxrab Şidayevə yenilib – 1:8. Boksçularımızdan yalnız Romal Amanov (69 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Dünya çempionatının mükafatçısı Sankt-Peterburq komandasının üzvü Dmitri Solomyankonu 7:3 hesabı ilə üstələyib.
Fərid Ağayevin (75 kq) “Qubernator kuboku”nda ilk rəqibi rusiyalı Danila Şved olacaq. 91 kq-dakı təmsilçimiz Asim İsgəndərovu isə yerli idmançı Aleksey Ryabtsev sınağa çəkəcək.
Qeyd edək ki, turnirə iyulun 16-da yekun vurulacaq.

- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0