Vaqif Cavadov 70 nömrəli formada oynayacaq
04.08.2011 - 16:37
Vaqif Cavadov 70 nömrəli formada oynayacaq
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Volqa" klubunda yeni futbolçuların nömrələri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisinə yeni transfer olunan bütün futbolçuların hansı nömrə altında çıxış edəcəklərinə aydınlıq gəlib.

Cavadov 70 nömrəli formada oynayacaq. O, məcburiyyətdən bu rəqəmə üstünlük verib. Buna səbəb isə həmyerlimizin adətən çıxış etdiyi 7 nömrəli formanın digər futbolçu tərəfindən tutulmasıdır.