Mehman Allahverdiyev: Oyunumuzda çatışmazlıqlar var
06.08.2011 - 19:53
Mehman Allahverdiyev: Oyunumuzda çatışmazlıqlar var
“Ölkə xaricində toplanış keçə bilmədik, ona görə də, bu cür hava bizim oyunumuza da təsir etdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Gəncə təmsilçisi Premyer Liqanın ilk turunda “Rəvan” üzərində əzmkar qələbə qazandı – 3:2. Oyunla bağlı fikirlərini açıqlayan Allahverdiyev bildirib ki, 3 xalı ikinci hissədə edilən dəyişiklik sayəsində qazanıblar: “İlk hissədə iki topumuz qapı dirəyindən qayıtdı. İkinci hissədə isə taktiki dəyişikliklər etdik, oyunçularımız daha yaxşı oynadı, qalib gəldik. Təbii ki, oyunumuzda bir sıra çatışmazlıqlar var, lakin bunu da aradan qaldıracağıq”.