Gözlənilən istefa reallaşdı!
12.08.2011 - 11:43
Gözlənilən istefa reallaşdı!
Ağır atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yanko Rusev vəzifəsindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, müəyyən müddətdir gözlənilən istefa bu gün reallaşıb.

Azərbaycan Ağır Atletika Federasiyası bolqarıstanlı mütəxəssisin istefa verdiyini açıqlayıb. Burada isə əsas səbəb kimi Rusevin səhhətindəki problem göstərilib.

Avqustun 25-də bir araya gələcək millini çalışdıracaq məşqçinin adı isə tezliklə açıqlanacaq. Bolqarıstan mətbuatının yazdığına görə, çox güman ki, Rusevin əvəzinə digər həmyerliləri Zlatan Vanev iş başına keçəcək. Onunla müəyyən müddət öncə müqavilə bağlandığı iddia edilir.

Qeyd edək ki, baş məşqçi yeniyetmələrdən ibarət millimizin çalışdırıcısı Nizami Paşayevin təyin edilmək ehtimalı var.