“Bizə bu sahədə təcrübə toplamaq lazımdır” - MÜSAHİBƏ
14.08.2011 - 15:43
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) qarşısına ciddi məqsəd qoyub: noyabrda Fransada keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək. Əsas hədəf isə təbii ki, London Olimpiadasına hesablanıb. Milli komanda bu dəfə tilsimi qırıb, medal qazanmaq niyyətindədir.
Heyətin gücləndirilməsi üçün yığmaya bolqarıstanlı legionerlər də cəlb edilib. Valentin Xristov (56 kq) və Boyanka Kostova (52 kq) artıq bizim idmançılar sayılırlar. AAAF-ın icraçı-direktoru İsgəndər Əsgərov apasport.az saytına müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.
- Bu yaxınlarda Bolqarıstanda getmişdim. Səfərimin məqsədi oradakı perspektivli idmançıları gözdən keçirmək idi. Milli komandada rəqabət nə qədər çox olarsa, inkişaf da bir o qədər artıq olar. Yığmaya bir müddət öncə cəlb edilmiş Valentin Xristovla Boyanka Kostova artıq bizim idmançılardır.
- Amma onların beynəlxalq yarışlarda iştirakına icazə verilmədi...
- Qaydalara görə, bir idmançı başqa ölkənin adından Avropa və dünya çempionatlarında iştirak etmək üçün 1 il, olimpiada mübarizə aparmaq üçün 3 il gözləməlidir. Xristovla Kostova bizim vətəndaşlardır. Onlar gələn ilin aprelindən bizim adımızdan qitə çempionatında çıxış edə biləcəklər.
- Bolqarıstan Ağır Atletika Federasiyası da həmin idmançıların milli komandamıza qoşulmasına etiraz edirlər.
- Bu, təbiidir. Ancaq indi qaydalar tam fərqlidir. İdmançı hansı ölkədə çıxış edəcəyinə özü qərar verir. Kimə sərfəli təklif gəlirsə, kimə harada diqqət çoxdursa, həmin idmançı da o ölkənin adından çıxış edir, futbolda olduğu kimi. Sadəcə, beynəlxalq qaydalarda qoyulan müddəti gözləmək şərti ilə.
- Bu yaxınlarda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomaş Ayan ölkəmizə səfər etmişdi. Onun səfərinin təfərrüatlarını bilmək olar?
- Ali qonağın gəlişi Azərbaycandakı vəziyyətlə bir daha tanış olmaq idi. O, gördü ki, bizdə necə gözəl idman infrastrukturu qurulub və qurulmaqdadır. Hazırda AZAL klubuna məxsus stadionunun yanında Azərbaycan Ağır Atletika Mərkəzi tikilir. Həmin baza gələcəkdə bu idman növünün inkişafına öz töhfəsini verəcək.
- Qarşıda ölkəmizdə hansısa beynəlxalq yarışın keçirilməsi planlaşdırılıbmı?
- Gələn ilin dekabrında Bakıda beynəlxalq Qran-pri turniri təşkil ediləcək. Bizə bu sahədə təcrübə toplamaq lazımdır. Yalnız bundan sonra böyük yarışların keçirilməsinə iddia edə bilərik.
- London Olimpiadasında ölkəmizdən hakim iştirak edəcəkmi?
- Federasiyamız bu istiqamətdə səylərini artırıb. Beynəlxalq dərəcəli hakim Vahid Nəzərov son Avropa və dünya çempionatlarında iştirak edib. Həmin səbəbdən, olimpiadaya onun namizədliyi irəli sürülüb. Bu məsələyə cavab, noyabrda Fransada keçiriləcək dünya çempionatının gedişində beynəlxalq federasiyanın İcraiyyə Komitəsinin toplantısında veriləcək.
- Milli komandanın bolqarıstanlı baş məşqçisi Yanko Rusev istefaya göndərildi. Bunun səbəbini açıqlayardınız.
- O, vəzifəsini öz xahişi ilə tərk edib. Səbəb kimi, 53 yaşlı mütəxəssis səhhətindəki problemi göstərib. Yeni baş məşqçinin adına yaxınlarda aydınlıq gələcək. Bu, həm yerli, həm də bizimlə çalışan digər bolqar çalışdırıcılardan biri ola bilər.
Kamran HACI

- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0