Atletimiz Universiadada podiuma çıxmadı
16.08.2011 - 11:07
Çinin Şenjen şəhərində start götürən Tələbələrin XXVI Yay Universiadasında Azərbaycanı ağır atletika növündə təmsil edən yeganə idmançı Nicat Rəhimov (69 kq) podiuma çıxmayıb. Apasport.az saytının məlumatına görə, səfərə yeniyetmələrdən ibarət baş məşqçi Nizami Paşayevin rəhbərliyi altında yollanan Avropa çempionumuzun yarışa qatılmamağının səbəbi məlum deyil.
Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov bildirib ki, bu, çəki problemi ilə bağlı ola bilər: “O, dünən qüvvəsini sınamalı idi. Lakin yarışa qatılmadı. Bunun səbəbi tam məlum olmasa da, çox güman ki, qeyri-müəyyənlikdə çəki əsas rol oynayıb. Çünki Nicat səfərə yollananda çəkisi 70 kq-dan artıq idi”.
Qeyd edək ki, 26 idmançı ilə Asiya ölkəsinə yollanan milli komandamız hələ ki, 1 gümüş medal qazanıb.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0