“Nizami Paşayev səhlənkarlığa yol verib”
16.08.2011 - 12:51
Çinin Şenjin şəhərində keçirilən Tələbələrin 26-cı Ümumdünya Universiadasında Azərbaycan ağırlıqqaldıranı Nicat Rəhimovla bağlı xoşagəlməz olay baş verib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və tətbiqi İdman növləri sektorunun müdiri Aydın Məmmədovun Lent.az-a verdiyi məlumata görə, 69 kq çəki dərəcəsində sifariş olunan Rəhimov çəkiölçmə prosesinə gecikib.
Məmmədov bunu idmançımızın çəki ölçmədən vaxtında məlumat xəbər tuta bilməməsi ilə əlaqələndirib. Nümayəndə heyətinin rəhbəri buna görə Rəhimovla birgə yarışa yollanan yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi Nizami Paşayevi səhlənkarlıqda suçlayıb: “Çəkiölçmə prosesinin dəyişdirilməsini vaxtında öyrənməməklə, baş məşqçi Nizami Paşayev bir qədər səhlənkarlığa yol verib. Nəticədə idmançımız çəki ölçməyə gecikib və “körpücüy”ə çıxan ağırlıqqaldıranlar siyahısına daxil edilməyib. Artıq gecdir. Apellyasiya şikayəti verməyimiz qeyri-mümkündür. 69 kq çəkidə yarış başa çatıb”.
Qeyd edək ki, Nicat Rəhimov 2010-cu ildə Sinqapurda Yeniyetmələr arasında keçirilmiş I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qızıl medal qazanıb.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0