Yığmamız dünya çempionatına yollanır
18.08.2011 - 16:11
Avqustun 23-28-də Fransanın paytaxtı Parisdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verəcək mundiala Azərbaycan milli komandası 10 cüdoçu ilə qatılacaq.
Baş məşqçi Ağayar Axundzadə yarışda İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq),Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovaya (63 kq) şans verəcək.
Qeyd edək ki, çempionatda 136 ölkənin 950-yə yaxın idmançısı mübarizə aparacaq. Yarışda 1-ci yeri tutacaq cüdoçu 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 xal qazanacaq.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0