Yığmamız Polşaya yollandı
22.08.2011 - 11:14
Yığmamız Polşaya yollandı
Avqustun 21-28-də Polşada keçiriləcək ağır atletika üzrə Avropa birinciliyində iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamız Çexanov şəhərində baş tutacaq yarışa 8 idmançı ilə yollanıb.

Polşada Xanlar Nəbiyevin rəhbərliyi altında Allahyar Abışov, Mansur Ağaverdiyev (hər ikisi 50 kq), Paşa İbrahimli (56 kq), Elxan Əliquluzadə (62 kq), Ceyhun Tağızadə (69 kq), Tofiq Allahverdiyev, Turan Abdullayev (hər ikisi 77 kq) və Nailxan Nəbiyev (85 kq) nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, millimizin baş məşqçisi Nizami Paşayevin atası dünyasını dəyişdiyindən yığmanı səfərə Xanlar Nəbiyev aparıb. Komandamız artıq Polşadadır.