Əhmədov erməni boksçuya gücünü göstərdi
24.08.2011 - 09:58
İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə rinqə çıxan 4 boksçumuzdan ikisi növbəti mərhələyə vəsiqə qazanıb.
52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədovun qələbəsi daha əlamətdar olub. Həmyerlimiz Ermənistan təmsilçisi Artur Nersisyanı 16-11 hesabı ilə məğlub edib. Bu il böyüklər arasında “Böyük İpək Yolu” yarışının qalibi olub, “Ən güclülərin seçmə yarışı”nda isə Elvin Məmişzadəyə cüzi üstünlüklə uduzaraq, 2-ci nəticə göstən boksçumuz növbəti mərhələdə irlandiyalı Coe Fitzpatriklə üz-üzə gələcək.
Qitə birinciliyində Coşgun Əliyev də (64 kq) ilk döyüşünü qələbə ilə tamamlayıb. Milli komandamızın üzvü finlandiyalı Anti Hietala üzərində 15:6 hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşünü Belarus nümayəndəsi Mikita Şabelnikə qarşı keçirəcək. Digər iki boksçumuz – Kamran Məlikov (49 kq) və Hacıbaba Hacıbabayev (91 kq) isə yarışla vidalaşmalı olublar. Məlikov yerli boksçu Evan Metkalfa 1 xal fərqlə uduzub – 11:12. Hacıbabayev isə moldovalı Viktor İalimova 9:12 hesabı ilə məğlub olub.
Xatırladaq ki, yarışın ilk günündə rinqə çıxan 4 boksçumuzdan ikisi qələbə qazanmışdı. Qitə birinciliyinə avqustun 27-də yekun vurulacaq.

- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
0
0