Yanko Rusevdən sensasion açıqlama
24.08.2011 - 10:48
“Mən istefa verməmişəm. Bu barədə yayılan xəbərlər düzgün deyil”. Apasport.az saytının məlumatına görə, bunu ağır atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi Yanko Rusev deyib.
Az öncə Azərbaycan Ağır Atletika Federasiyası bolqarıstanlı mütəxəssisin vəzifəsindən kənarlaşdırıldığı haqda məlumat yaymasına baxmayaraq, Rusev bu xəbərləri dezinformasiya adlandırıb. Olimpiya çempionu Bolqarıstan mətbuatına müsahibəsində bildirib ki, federasiya prezidenti Cahangir Əsgərovla görüşündə hər şeyə aydınlıq gətiriləcək: “Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov hazırda İspaniyada istirahətdədir. Onun Bakıya qayıdışını gözləyirəm. Yəqin ki, görüşümüz bu həftə olacaq. Söhbət zamanı komandamızdakı bütün bolqaristanlı məşqçilərin və idmançıların taleyinə aydınlıq gələcək. Mən prezidentlə görüşümdən sonra işimi davam etdirəcəyimi gözləyirəm”.
Qeyd edək ki, Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov avqustun 12-də Rusevin səhhəti ilə bağlı istefa verdiyini və bunun qəbul edildiyini bildirib. O, həmçinin yeni baş məşqçinin adına bu həftə aydınlıq gələcəyini söyləyib.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0