40 nəfər ömürlük futboldan uzaqlaşdırıldı
25.08.2011 - 20:04
40 nəfər ömürlük futboldan uzaqlaşdırıldı
Danışılmış oyunlarla bağlı istintaq bir çox ölkələrin gündəmini zəbt edib. Apasport.az saytının məlumatına görə, Cənubi Koreya Respublikasının Futbol Federasiyası bu istintaq çərçivəsində daha 40 nəfərin futboldan ömürlük kənarlaşdırılmasına qərar verib.

Bu ölkədə istintaq prosesi hələ bir müddət əvvəl başlamışdı. Həmin vaxt da bir neçə nəfər şübhəli şəxs qismində saxlanılmış, daha sonra isə onlardan bəziləri həbs olunmuşdu.

Qeyd edək ki, həmin şəxslər də müvafiq olaraq, futboldan ömürlük uzaqlaşdırılmışdılar.