3 “futbolçumuz” Fransaya qarşı oynaya bilər
27.08.2011 - 12:50
Avro-2012-nin növbəti seçmə oyunlarını gələn ay keçirəcək Albaniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 2-də Fransa ilə evdə, 6-da Lüksemburqla səfərdə qarşılaşacaq albanlar bu görüşlərdə 23 futbolçuya güvənəcək.
Baş məşqçi Yosip Kuje bu qarşılaşmalarda Azərbaycan Premyer Liqasında çıxış edən 3 oyunçunu da sərəncamında görmək istəyib. Bunlar son vaxtlar fasiləsiz yığmaya çağırılan Admir Teli, Ansi Aqolli (hər ikisi “Qarabağ”) və Ervin Bullkudur (AZAL).
Qeyd edək ki, 6 oyundan 8 xalı olan Albaniya D qrupunda 4-cü pillədə qərarlaşıb. Onların qarşıdakı rəqiblərindən Fransa 13 xalla 1-ci, 1 oyun artıq keçirən Lüksemburq isə 1 xalla sonuncu yerdədir.

- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
0
0