Həm birinci, həm sonuncu
27.08.2011 - 17:00
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə dünya çempionatına sabah komanda yarışları ilə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli son mundial Azərbaycan idmançıları üçün vaxtından əvvəl başa çatıb.
Təəssüf ki, yarışın ilk günündə İlqar Müşkiyevin (60 kq) qazandığı “bürünc” təmsilçilərimiz üçün birinci deyil, elə sonuncu olub. Onunla bərabər Parisə yollanan digər cüdoçularımız isə vətənə əliboş qayıdacaqlar.
Komandamız bu dəfə ən azından ötən ilki uğuru təkrarlaya bilməsə də, Azərbaycan yığmasının dünya çempionatında uğurlu seriyasını qırılmağa qoymayıb. Bu da təbii ki, millimizi fiaskodan qurtaran İlqar Müşkiyevin sayəsində baş verib. 21 yaşı hələ tamam olmayan idmançı 10 illik seriyanı davam etdirib. Onun sayəsində ölkəmiz 2001-ci ildən başlayaraq, bütün dünya çempionatlarında ən azı 1 medala sahib olur.
Bununla yanaşı, 2009-cu ildə gənc cüdoçular arasında Ermənistanda keçirilmiş Avropa çempionatında İrəvanda Azərbaycan bayrağını dalğalandırmış (gümüş medal) İlqar adını növbəti dəfə tariximizə qızıl medallarla yazdırıb. O, müstəqillik illərində ölkəmiz üçün dünya çempionatlarında qazanılmış 10-cu medalın sahibi olub.
Qeyd edək ki, milli komandamız 1993-cü ildən son dünya çempionatına kimi 10 medal qazanıb. Bunlardan 2-si gümüş, 8-i bürüncdür. Mundialda ilk fərqlənən cüdoçumuz isə Nazim Hüseynovdur. O, müstəqillik illərində ilk Olimpiya çempionumuz olduğu kimi, bu siyahıda da birincidir.
Cüdoçularımızın dünya çempionatlarında medalları
Azərbaycan milli komandasının dünya çempionatlarındakı medallarının əyarı və sayı
Tahir HÜMMƏTOV

| İl | Keçirildiyi ölkə, şəhər | İdmançı | Tutduğu yer |
|---|---|---|---|
| 1993 | Kanada, Hamilton | Nazim Hüseynov (60 kq) | II yer |
| 2001 | Almaniya, Münhen | Elxan Rəcəbli (81 kq) | III yer |
| Rəsul Səlimov (90 kq) | III yer | ||
| 2003 | Yaponiya, Osaka | Mövlud Mirəliyev (açıq çəki) | III yer |
| 2005 | Misir, Qahirə | Nicat Şıxəlizadə (60 kq) | III yer |
| 2007 | Braziliya, Rio de Janeyro | Elnur Məmmədli (73 kq) | II yer |
| 2009 | Hollandiya, Rotterdam | Kifayət Qasımova (57 kq) | III yer |
| 2010 | Yaponiya, Tokio | Elxan Məmmədov (90 kq) | III yer |
| Ramilə Yusubova (63 kq) | III yer | ||
| 2011 | Fransa, Paris | İlqar Müşkiyev (60 kq) | III yer |
Azərbaycan milli komandasının dünya çempionatlarındakı medallarının əyarı və sayı
Qızıl medal | Gümüş medal | Bürünc medal | Cəmi |
|---|---|---|---|
- | 2 | 8 | 10 |
Tahir HÜMMƏTOV
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
0
0