İlk lisenziyaçımız dünya çempionatının finalına yüksələ bilmədi
02.09.2011 - 13:40
İlk lisenziyaçımız dünya çempionatının finalına yüksələ bilmədi
Azərbaycan milli komandası üçün London-2012-yə ilk lisenziyanı qazanan atletimiz (çəkicatma) Dmitri Marşin dünya çempionatında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, Cənubi Koreyada keçirilən mundialda yeganə təmsilçimiz olan milliləşdirilmiş idmançı final mərhələsinə vəsiqə qazana bilməyib.

A qrupunda yer alan Dmitri 70,04 m nəticə göstərərək, 15-ci yeri tutub. Onun həlledici mərhələyə vəsiqə qazanması üçün 5,33 m-i çatmayıb.
Qeyd edək ki, Marşin Minskdə keçirilən beynəlxalq turnirdə 74,04 m nəticə ilə Olimpiya normativini yerinə yetirmişdi.