Ramil Quliyevin şəxsi məşqçisi Azərbaycana gəldi
02.09.2011 - 17:52
Ramil Quliyevin şəxsi məşqçisi Azərbaycana gəldi
“Yığmamızı Türkiyəyə dəyişən Ramil Quliyevin şəxsi məşqçisi Oleq Muxin artıq Bakıdır. Lakin onunla federasiya rəhbərliyinin görüşü bu həftə baş tutmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Məhərrəm Sultanzadə deyib.

Təcrübəli mütəxəssis bildirib ki, Quliyevin London-2012-də yığmamızın heyətində çıxış edib-etməyəcəyinə sentyabrın 6-na kimi tam aydınlıq gələcək. Sultanzadənin sözlərinə görə, Muxinin Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə ilə görüşü gələn həftə baş tutacaq: “Artıq bu məsələyə son qoymağın vaxtı yaxınlaşıb. Bu məsələ isə əvvəlcədən də planlaşdırıldığı kimi Hüseynzadə ilə görüşdə həllini tapacaq. Həlledici söhbət sentyabrın 5-i və ya 6-da olacaq”.

Qeyd edək ki, 2011-ci il aprelin 5-də Türkiyə vətəndaşlığını qəbul edən Ramil 3 il “ay-ulduzlu” formanı geyinə bilməz. Lakin qaydalara əsasən o bu illərdə Azərbaycan millisində çıxış edə bilər.