Türkiyə Azərbaycan yığmasına məğlubiyyət arzulayır
04.09.2011 - 15:10
Avro-2012-nin seçmə mərhələsinin arxada qalan oyunlarından sonra qrup ikinciləri arasında mübarizə daha da gərginləşib. Apasport.az saytının məlumatına görə, 9 qrupda 2-ci olan yığmaların qiyabi mübarizəsi hələ yekunlaşmasa da Norveç ən yaxşı olmağa əsas namizəddir.
Məsələ ondadır ki, ikincilər arasında ən yaxşı nəticəyə malik komanda birbaşa final mərhələsinə çıxacaq. Digər 8 komanda isə pley-offda oynayacaq. Qiyabi mübarizədə hamının eyni sayda oyun keçirməsi üçün 6-cı yerlərlə matçlar nəzərə alınmayacaq. Bu cür hesablamaya əsasən Norveç hələlik ilk pillədədir.
Lakin 6 komandalı qruplara son pillənin sahiblərinin dəyişməsi həmçinin qarşıdakı görüşlər digərlərinə də şans yarada bilər. Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyə liderdən 6 xal geri qalır. Lakin ehtiyatda 1 oyunu olan qonşularımız millimizin Qazaxıstana məğlubiyyətini arzulayırlar. Belə olan halda onlar ən yaxşı qrup ikincisi də ola bilər. Təbii ki, təkcə bizim uduzmağımız deyil, Almaniya və Avstriya üzərində qələbənin də qazanılacağı halda.

1 | Norveç | 6 | 4 | 1 | 1 | 7 − 4 | +3 | 13 |
|---|---|---|---|---|---|---|---|---|
2 | İsveç | 6 | 4 | 0 | 2 | 15 − 8 | +7 | 12 |
3 | İrlandiya | 6 | 3 | 2 | 1 | 8 − 5 | +3 | 11 |
4 | Çernoqoriya | 6 | 3 | 2 | 1 | 5 − 3 | +2 | 11 |
5 | Xorvatiya | 5 | 3 | 1 | 1 | 7 − 3 | +4 | 10 |
6 | Çexiya | 6 | 3 | 1 | 2 | 8 − 5 | +3 | 10 |
7 | Bosniya və H. | 6 | 3 | 1 | 2 | 7 − 7 | 0 | 10 |
8 | Türkiyə | 5 | 2 | 1 | 2 | 6 − 7 | −1 | 7 |
9 | Sloveniya | 6 | 1 | 2 | 3 | 3 − 5 | −2 | 5 |
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
0
0