Boltdan növbəti rekord
04.09.2011 - 19:02
Boltdan növbəti rekord
Məşhur yamaykalı atlet Useyn Bolt növbəti dəfə rekordlardan doymadığını göstərib. Apasport.az saytının məlumatına görə, bu dəfə o və komanda yoldaşları dünya çempionatının 4x100 metr məsafəyə qaçış yarışlarında fərqləniblər. Bolt və komandası 37,04 saniyəlik nəticə ilə dünya rekordunu yeniləyiblər. Bu rekord nəticə yamaykalılara ardıcıl 2-ci dünya çempionluğunu qazandırıb.