“Lokomotiv” klubu təyyarə qəzasının qurbanı oldu
07.09.2011 - 18:17
“Lokomotiv” klubu təyyarə qəzasının qurbanı oldu
Rusiya Federasiyasında içində “Lokomotiv” (Yaroslavl) hokkey klubunun üzvlərinin də olduğu “Yak-42” sərnişin təyyarəsi qəzaya uğrayıb. Apasport.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Belarusun paytaxtı Minsk şəhərinə uçan təyyarə Yaroslavl hava limanından havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb və yanıb.

Hadisə Moskva vaxtı ilə saat 16.02-də baş verib. Qəzanın səbəbi kimi təyyarənin təhlükəsiz həddə qədər yüksələ bilməməsi və mayakın anteninə dəyməsi göstərilir. Uçuş-enmə zolağından kənarda olan mayakın anteni ilə toqquşduqdan sonra isə təyyarə parçalanaraq yerə düşüb.

Təyyarədə “Lokomotiv” (Yaroslavl) hokkey komandasının üzvləri də daxil olmaqla 37 nəfər olub. Qəzadan 1-3 nəfərin sağ qurtulduğu haqda xəbərlər var.