Azərbaycandan 800 min avroluq tələb
12.09.2011 - 10:05
Bolqarıstan Azərbaycan Ağır Atletika Federasiyasına qarşı yeni iddia ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, bu ölkənin Ağır Atletika Federasiyası (BAAF) milliləşərək yığmamıza cəlb olunan 2 idmançısı üçün 800 min avro kompensasiya tələb edir.
Bolqarıstanda böyük perspektiv vəd edən Boyanka Kostova və Valentin Xristovun Azərbaycan vətəndaşlığı almasından narahat olan federasiya rəsmiləri onların millimizdə çıxış etməsini istəmir. Belə ki, balkanlılar şəxsi məşqçiləri ilə Bakıda olan atletlərini geri qaytarmaq üçün yenidən hərəkətə keçiblər.
BAAF-ın baş katibi Borislav Gidikov artıq idmançılara qiymət qoyduqlarını bildirib: “Azərbaycan tərəfi Kostova və Xristovla bağlı bizi danışıqlar masasına dəvət edib. Danışıqları federasiyamızın prezidenti Nedelço Kolev aparacaq. Biz Boyanka üçün 500 min, Valentin üçün isə 300 min avro qiymət qoymuşuq. Onlar çox güclü və perspektivli olduqları üçün belə bahalıdırlar”.
Bolqarıstan mətbuatı həmçinin iddia edir ki, bu 2 atletin keçidi tam rəsmiləşməsə, Azərbaycan Ağır Atletika Federasiyası bütün bolqar legionerlərdən imtina edə bilər.
Qeyd edək ki, Kostova və Xristov milliləşsə də, BAAF-ın icazəsi olmadan onlar yığmamızda çıxış edə bilmirlər. Bunun üçün bu idmançılar 3 il gözləməlidirlər.

0
0