Millimiz Şuraya tapşırıldı
16.09.2011 - 12:22
Ağır atletika üzrə kişilərdən ibarət Azərbaycan yığmasına tezliklə baş məşqçi təyin edilməsi gözlənilmir. Bu barədə məlumatı apasport.az saytına Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov verib.
O bildirib ki, hələlik əsas komandaya Məşqçilər Şurası rəhbərlik edəcək: “Baş məşqçi məsələsi açıq qalır. Lakin buna baxmayaraq, yığmamız təlim-məşq toplanışına start verib. Federasiya rəhbərliyi milli komandamızı hələlik Məşqçilər Şurasına etibar edib. Yəni, baş məşqçi təyin olunana kimi atletlərimizə cavabdehliyi Nizami Paşayev, Məhsum Həsənov, Xanlar Nəbiyev, bolqarıstanlı mütəxəssislər Zlatan Vanev, Liçezar Kişkilov daşıyacaqlar. Gələcəkdə boş qalan postu isə bunların hər hansısa birinin tutacağı realdır”.
Əsgərovun sözlərinə görə, bu amil dünya çempionatına hazırlaşan ağırlıqqaldıranlarımız üçün problem yaratmayacaq. O deyib ki, Yanko Rusevin Azərbaycan millisinə bir daha qayıtması arzusu da gerçəkləşməyəcək.
Qeyd edək ki, bolqarıstanlı Olimpiya çempionu Rusev komandamızdan kənarlaşdırıldıqdan sonra istefa vermədiyini və Azərbaycan yığmasının baş məşqçisi olduğunu açıqlamışdı.

0
0