Avro-2012-də snayperlər də olacaq
19.09.2011 - 16:48
Avro-2012-də snayperlər də olacaq
Gələn il Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsində daha bir yenilik olacaq. Apasport.az saytının məlumatına görə, təşkilatçılardan biri olan Polşa təhlükəsizlik tədbirlərini artırmaq üçün xüsusi addım atıb.

Belə ki, Avro-2012 zamanı snayper polislərdən ibarət antiterror qrupu fəaliyyət göstərəcək. Onlarla mütəxəssisin cəlb olunacağı qrup qonaq və azarkeşlərin keşiyində durmalıdır.

Artıq snayperlər ilk sınaqdan da çıxıblar. Onlar sentyabrın 6-da Polşa və Almaniya ilə yoldaşlıq görüşündə iş başında olublar.