2 manat ver, tarixi şansın iştirakçısı ol!
20.09.2011 - 11:06
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da baş tutacaq görüşə biletləri “Park Bulvar” Alış-Veriş Mərkəzinin I və IV mərtəbəsindəki satış nöqtələrində, Mərdəkan qəsəbəsində, “Abşeron” sanatoriyasının arxasındakı “Topaz” məntəqəsində və AFFA-nın inzibati binasının qarşısındakı Fan-shop-da almaq mümkündür. Gələn ayın 7-də baş tutacaq və saat 21:00-da başlayacaq matça biletlərin qiyməti 2 manatdan 10 manatadəkdir.
Qeyd edək ki, bu matç yığmamız üçün tarixi şans kimi dəyərləndirilir. Yığmamız qalib gələcəyi halda, futbol tariximizdə görünməmiş yüksəkliyə 4-cü pilləyə yüksələcək.
Mənbə: affa.az
Qeyd edək ki, bu matç yığmamız üçün tarixi şans kimi dəyərləndirilir. Yığmamız qalib gələcəyi halda, futbol tariximizdə görünməmiş yüksəkliyə 4-cü pilləyə yüksələcək.
Mənbə: affa.az
0
0